Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 16:50:31
Naxçıvanda yol qəzası - tələbə xəsarət alıb

Naxçıvan şəhərində baş verən avtomobil qəzasında universitet tələbəsi xəsarət alıb.

 

AzEdu.az xəbər verir ki, şəhərin Əziz Əliyev küçəsində yüksək sürətlə hərəkət edən iki avtomobil toqquşub. Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Babək rayon Şıxmahmud kənd sakini Xumar Məhərrəmova xəsarət alıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi olan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti sabitdir.

 

Faktla bağlı araşdırma aparılır.