Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 17:32:00
DİM işçi qrupunun iclası keçirilib

31 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

DİM0-dən AzEdu.az-a bildirilib ki, gündəlik məsələ I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

 

İclasda bir neçə qapalı (verilənlərdən bir doğru cavabın seçilməsi) və açıq tipli (cavabı kodlaşdırıla bilən) test tapşırıqlarının müzakirəsi aparılıb. Hər bir tapşırığın müvafiq fənn kurikulumunun təlim nəticəsinə və istifadədə olan dərsliklərə uyğunluğu yoxlanılıb. Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlər bildirib və təkliflər veriblər.

 

İşçi qrupunun növbəti iclası 7 noyabr 2023-cü il tarixində keçiriləcək.