Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 17:22:00
Türkiyə universitetlərinin dünya reytinqində YERİ

Təhsilin inkişafı bir ölkənin ümumi inkişaf səviyyəsini müəyyən edən amillərdən biridir. Ölkədəki ali təhsil ocaqlarının inkişafı isə onun dünya universitetlərinin reytinq sıralamasında tutduğu yerlə düz mütənasibdir.

 

Bununla bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkənin gücünü göstərən amillər sırasında onun ali təhsil müəssisələri ön sırada gəlir:

 

 

“Bu gün 100 yaşını qeyd edən qardaş Türkiyənin ali təhsil müəssisələri dünya reytinqində xüsusi yer tutur. Ən mühüm reytinqlərindən biri hesab olunan “Quacquarelli Symonds”da (QS) 2024-cü ildə dünya səviyyəli ən yaxşı universitetlərin reytinqi”ndə 1500 ən yaxşı universitetləri siyahısında Türkiyənin 10 ali məktəbi ilk minliyə düşüb. Müvafiq reytinqində dünyanın ən yaxşı 500 universitetinin sırasında olan Türkiyənin on universiteti 2024-cü ildə 1000 ən yaxşı ali məktəb siyahısına daxil edilib”

 

 

Ekspert, qardaş ölkənin dünya reytinqində olan universitetlər siyahısını sıralayıb:

 

“Yaxın Şərq Texniki Universiteti (ÖDTÜ) TOP-500-də 336-cı yeri tutub, İstanbul Texniki Universiteti (ITÜ) 601-ci pillədən 404-cü pilləyə yüksəlib.

Ötən il TOP-500-ə daxil olan yeganə ali tədris müəssisəsi – Koç Universiteti 477-ci yerdən bu il 431-ci yerə yüksəlib.

 

Bundan başqa, ötən il 561-570 diapazonunda mövqe tutan Bilkent Universiteti 502-ci yerə qalxıb. Siyahıda 701-750 aralığında olan Boğaziçi Universiteti 514-cü yeri tutub.

 

2022-ci ildə 531-540 qrupunda qərarlaşan Sabancı Universiteti bu il 526-cı mövqedədir. İstanbul Universiteti, Hacettepe Universiteti, Ankara Universiteti və Yıldız Texniki Universiteti də ali məktəblərin ilk minliyində öz mövqelərini möhkəmlədiblər”.