Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 14:40:00
Xaricdə təhsilin müsbət və mənfi cəhətləri nələrdir? - Tələbədən AÇIQLAMA

Bu gün xaricdə təhsil  bir çox gəncin arzusudur. Bu səbəbdən də demək olar ki, son illər xaricdə təhsilə marağın artdığı müşahidə edirik. Abituriyentlərin, eləcə də bakalavr məzunlarının bir qismi xaricə üz tutur.

 

Xaricdə təhsil alan tələbələrdən biri də Yusif Hüseynovdur.

 

Belə ki, o, təqaüd ilə Böyük Britaniyanı ən nüfuzlu universitetlərindən birində, “University of Manchester”da magistr təhsili alır.

 

AzEdu.az-a danışan Yusif xaricdə təhsil almaq istəyən tələbələr üçün bir sıra tövsiyələr verib.

 

Müsahibimiz bildirib ki, xaricdə təhsil almaq istəyən şəxslər əvvəlcə dəqiq hədəf təyin etməlidir: “Hər şeydən əvvəl harada və hansı ixtisasda oxumaqla bağlı hədəf qoyulmalıdır. Təmiz və dəqiq plan hazırlanmalıdır. Hansı ölkəni istəyirəm? niyə istəyirəm? bu ölkənin üstünlüyü nədir? Kimi sualların cavabını tapdıqdan sonra universitetləri spesifikləşdirmək olar. “Bir neçə universitetə müraciət edim, hər hansısa birinə qəbul olaram” düşüncəsi yalnışdır. Universitet seçimi edərkən onun dünya reytinqindəki mövqeyi o qədər də əhəmiyyət daşımır. Burada əsas məsələ oxuyacağınız ixtisasın sıralamasıdır. Mançester Universiteti dünya reytinqində top 50-də olsa da, maliyyə ixtisası üzrə ilk 20-də qərarlaşıb. Maliyyə yaxud digər ixtisaslar üzrə təhsil almaq istəyən tələbə ixtisasın universitetdəki sıralamasına, eyni zamanda müəllimlərin uğurlarına baxaraq lazımi məlumat toplaya bilər”.

 

O, xaricdə təhsilin müsbət və mənfi cəhətlərinə toxunub: “Müsbət tərəflərə yeni cəmiyyət görmək, dünyagörüşün artması, dil bacarıqlarının inkişaf etməsi və müxtəlif aspektli baxış bucağının formalaşması aiddir. Mənfiliyə gəlincə isə düşünürəm ki, bu individual xarakter daşıyır. Məsələn, bəzi ölkələrin iqlimi tələbələr üçün çətinlik yarada bilər. İngiltərə olduqca yağışlı ölkədir, günəşi demək olar ki, görmürük. Tez qaranlıq düşür. Bu nüanslar mənim üçün mənfilik hesab olunur. Eyni zamanda, çətinliklərlə üzləşmə dərəcəsi də ölkədən ölkəyə dəyişir. Bəzi gənclər var ki, ailədən uzaqda yaşadıqlarına görə, yemək dəyişikliyindən, yeni cəmiyyətə adaptasiya olmaqdan, yalnızlıq hissindən əziyyət çəkirlər. Ancaq bu çətinliklərin öhtəsindən gəlmək olar. Mövcud vəziyyətə adaptasiya olunmaq üçün xaricdə yaşayan həmyerlilərlə əlaqə qurmaq vacib nüanslardan biridir. Onlardan soruşaraq gedə biləcəyiniz məkanlar, yerlər barədə məsləhət ala bilərsiniz. Yaxud da xarici dostlar taparaq daha maraqlı mühitə, mədəniyyətə daxil olmaq olar”.

 

Tələbə müsahibimiz qeyd edib ki, təqaüd almayan tələbələr maddiyyat məsələlərini işləyərək həll edə bilər: “Xaricdə bakalavr təhsili almayan tələbələr üçün yaxşı iş tapmaq bir qədər çətindir, lakin marketdə və s. İşləyib qazanc əldə edən dostlarımız var. Bəzi universitetlərin “könüllü” fəaliyyətləri olur ki, hər nə qədər könüllü olsa da burada çalışan tələbələrə məvacib ödənir. Bundan əlavə universitet daxili təqaüd proqramlarına müraciət etmək olar. Çünki bir sıra universitet ən azından tələbənin təhsil haqqını qarşılayır”.