Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 11:30:08
Kənd məktəbliləri ilə bir gün - yeni sosial layihə

Elm və Təhsil Nazirliyi “Məktəbdə” adlı yeni sosial layihəyə start verib.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, bölgələri əhatə edən layihənin məqsədi kənd məktəblilərinin potensialını üzə çıxarmaq, onların təhsilə və öyrənməyə motivasiyasını yüksəltmək, peşə seçimlərinə istiqamət verməkdir. Layihə çərçivəsində ölkənin gənc və perspektivli iş adamları, tanınmış ictimaiyyət nümayəndələri kənd məktəbliləri ilə birgə əylənir, öyrənir və öyrədirlər.

 

Layihə ilk olaraq Qusar rayonu Balaqusar kəndində keçirilib.