Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 15:39:00
Sertifikasiyanın müsahibə mərhələsinin nəticələri AÇIQLANDI
Sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
 
 
Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, 8 sentyabr tarixində keçirilən təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
 
 
 
14 oktyabr tarixinədək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 nəfəri uğur qazanıb. 
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17914 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.
 
 
Nəzərinizə çatdırırıq ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.
 
 
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.