Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 17:45:00
LDU nümayəndə heyəti İstanbul Universitetində olub

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov başda olmaqla LDU-nun nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin İstanbul Universitetində olub.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, səmimi və işgüzar şəraitdə keçən görüşdə bu iki ali təhsil ocağı arasında qarşılıqlı əməkdaşlığın yaranması, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi, ikili diplom layihələri ilə bağlı işlərin başlanması, birgə elmi tədbirlərin keçirilməsi və s. müzakirə edilib, xatirə hədiyyələri təqdim olunub.