Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 15:36:44
AZMİU-da növbəti seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Strateji Planlaşdırma şöbəsinin təşkilatçılığı ilə “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdir müavini Elnur Əliyev “Ekoloji Sənaye Parklarının ətraf mühitin mühafizəsində rolu” mövzusunda seminar keçirib.

 

AzEdu.az xəbər verir ki,su təsərrüfatı və mühəndis  kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının tələbələrinin iştirak etdiyi seminarda şöbənin mütəxəssisi Vasif Əskərov tələbələrə AzMİU ilə “Təmiz Şəhər” ASC arasında olan partnyorluq əlaqələrindən danışıb.  

 

Daha sonra qurum təmsilçisi ümumilikdə ekoloji sənaye parklarının fəaliyyətindən, ətraf mühitin mühafizəsindəki rolundan, bu sahədə görülən işlər haqqında danışıb, əhatəli çıxışdan sonra Böyükşor gölünün əvvəlki və bugünkü vəziyyəti müqayisə edilib.

 

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.