Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 13:22:00
PROBLEM: “Vətəndaşlarımız ay yarıma elmimizi “yeyib” qurtarır"

“Azərbaycanlılar elmə yox, yeməyə pul xərcləyirlər”

 

 

 AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

 

 

 

Ekspertin sözlərinə görə, ölkəmizdə təhsillə bağlı qısa müddətdə ciddi nəticələr gözləyə bilmərik:

 

"2023-ci ilin sentyabr ayında əhali kafe və restoranlara 170 milyon manat pul xərcləyib. Dövlət büdcəsindən 2023-cü ilə 230 milyon vəsait ayrıldığını nəzərə alsaq, deyə bilərik ki, vətəndaşlarımız ay yarıma elmimizi "yeyib” qurtarır".

 

 

K.Əsədov qeyd edib ki, universitetlərin maliyyə hesabatlarını tapmaq mümkün deyil:

 

“Bəs təhsilə nə qədər pul ödəyirik? Bir çox universitetin maliyyə hesabatları ilə bağlı məlumat əldə edə bilmirik. Yalnız Bakı Dövlət Universiteti şəffaf şəkildə maliyyə hesabatlarını ictimaiyyətə açıb. Məlum olub ki, ölkəmizin 1 nömrəli Universitetinə ödədiyimiz təhsil haqqı 58 milyon manatdır. Bu məbləğ azərbaycanlıların yarım aya yemək üçün xərclədikləri məbləğ qədərdir. Bizim insanlarımıza 5 manat kitab bahadır, amma 50 manata restoranda şot vermək normaldır”.