Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 17:22:00
Bağça müəllimlərinin sertifikasiyası nə vaxt başlayır ? – “2024-cü ilin...”

Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində müvafiq işlərə başlanılıb. Lakin bağça müəllimlərinin nə zaman sertifikasiyaya cəlb olunacağı ilə bağlı rəsmi məlumat yoxdur.

 

Bəs məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyası yaxın gələcəkdə mümkündürmü?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az- danışan təhsil eksperti Elşən Qafarov qeyd edib ki, bağça müəllimlərinin sertifikatlaşdırma prosesi ilə bağlı məlumat Təhsil İnkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb:

Açıklama yok.

 

“Məktəbəqədər təhsil müəssisələri 2021-ci ildən başlayaraq artıq Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Ölkə prezidentinin 24 iyul 2023-cü il tarixli fərmanı ilə Elm və Təhsil Nazirliyinin yeni strukturu təsdiq olunub”.

 

Ekspert qeyd edib ki, sertifikasiya prosesi agentlik formalaşdıqdan sonra başalayacaq:

 

“Hazırda məktəbəqədər və ümumtəhsil agentliyinin formalaşması prosesi gedir. Düşünürəm ki, agentlik formalaşdıqdan sonra növbəti illərdə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin sertifikatlaşması başlayacaq. 2011-2021- ci illərdə, yerli icra hakimiyyəti orqanlarının tabeliyi dövründə kadrların işəgötürməsi zamanı buraxılmış ciddi nöqsanların bu gün real ağır nəticələrini görürük.Tərbiyəçi-müəllim kimi təhsili olmayan təqribən 6 minə yaxın işçi var. Hazırda bağçalarda çalışan hər 3 nəfərdən 2-si ümumiyyətlə məktəbəqədər təhsillə bağlı məlumatı yoxdur. Bu problemlərə aydınlıq gətirdikdən sonra düşünürəm ki, nöqsanlar aradan qalxacaq”.

 

E.Qafarov son olaraq bildirib ki, bu proses gələn ilin 2-ci yarısından başlaya bilər:

 

“Əgər proseslər yaxşılığa doğru gedərsə, bağça müəllimlərinin sertifikasiyası 2024-cü ilin  2-ci yarısından başlaya bilər. Amma qeyd edim ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi -müəllimlərin sertifikasiyasına hələ ki, hazır deyilik. Çünki agentlik hələ formalaşmaqdadır”.