Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-23 10:02:00
Hazırlıq kurslarının imtahan bileti “soyqırımı”...

Paytaxt və regionlarda abituriyentlərin qəbul imtahanlarına hazırlaşması üçün müvafiq hazırlıq kursları fəaliyyət göstərir.

 

Hazırlıq kurslarında abituriyentlərin özlərini sınaması üçün mütamadi olaraq sınaq imtahanları təşkil olunur. İmtahan biletlərinin baha olması isə abituriyentlərə həmin imtahanlarda iştirak etmələrinə əngəl yaradır.

 

Mövzu ilə bağlı təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında bir sıra hazırlıq kurslarının müəyyən güzəştlər edildiyini qeyd edib:

 

 Açıklama yok.

“Bir sıra hazırlıq kursları abituriyentlərin sınaq imtahanlarında iştirak etməsi üçün biletlərdə müəyyən qədər endirimlər edir. Məsələn, 3 kupon alana, 1 kupon hədiyyə kampaniyası, həftənin müəyyən günləri biletlərin qiymətində 2 manat endirim edilməsi və s. Bu güzəştlərə daxildir. Hər bir kurs öz daxili qərarvermə hüququna əsasən, endirim və güzəşt kampaniyasının şərtlərini özü müəyyən edir".

 

Ekspertin sözlərinə görə, bəzi hazırlıq kursları biletləri çox baha qiymətə satır:

 

“Bəzi kurslar var ki, biletlərə həddindən artıq baha qiymət qoyurlar. Hətta, bu qiymət 18 manata qədər yüksələ bilir. Qiymətlər bu qədər şişirdildikdə abituriyentlər sınaq imtahanlarında iştirak edə bilmirlər.  Bletləri tamamilə ödənişsiz etmək mümkün deyil, lakin hazırlıq kursları abituriyentlərin sınaq imtahanında iştirak etməsi üçün müəyyən güzəştlər etsələr, daha məqsədə uyğun olar" -deyə, o bildirib.