Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 13:18:04
Bu şəxslər DİM-də marker, ekspert, tapşırıq müəllifi kimi çalışa bilər

Məlum olduğu kimi, buraxılış və qəbul imtahanlarında istifadə olunmuş tapşırıqlar təhsil proqramları (kurikulumlar) əsasında hazırlanır. Bunu nəzərə alaraq, DİM-də kurikulumlar əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması ilə bağlı imtahan fənləri üzrə hazırlıq kursları təşkil edilir.

 

Azedu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi kimlərin tapşırıq müəllifi, ekspert və marker kimi vəzifələrdə çalışa biləcəyi ilə bağlı məlumat verib:

 

“Kurslarda elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər və pedaqoji yönlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq ixtisas üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilər.

 

Gələcəkdə həmin şəxslər tapşırıq müəllifi, ekspert və imtahan materiallarının yoxlanılmasında marker kimi Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edə biləcəklər”.