Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-19 14:55:00
Rus sektorunun nəticələri zəifdir: “Valideynlər dəb xatirinə bu sektoru seçir”  

Keçirilən buraxılış və qəbul imtahanlarının təhlili zamanı azərbaycan və rus sektoru arasında bəzi fərqlər ortaya çıxır. Statistikaya əsasən, rus sektorunun ümumi nəticələri azərbaycan sektoruna nisbətdə aşağıdır. Hər iki tədris müəssisəsində fərqli dillərdə olsa belə eyni dərslərin tədris edildiyini nəzərə alsaq, onların nəticəsinin aşağı olması nə ilə izah oluna bilər? Bəlkə də problem məhz dillə bağlı məsələdir..

 

Mövzuyla bağlı düşüncələrini AzEdu.az-a bölüşən təhsil eksperti Elçin Əfəndi problemin səbəbini rus sektorunun ərsəyə gəlmə zərurətini xatırladaraq izah edir:

 

“Azərbaycan və rus bölməsinin müqayisəli təhlili Azərbaycan sektorunun digərinə nisbətdə fənlər üzrə təhsil keyfiyyət göstəriciləri daha üstün olduğunu göstərir. Rus bölməsi ölkədə yaşayan rusdilli vətəndaşlar üçün təsis olunub. Ancaq təssüflər olsun ki, gözünü açandan ölkədə yaşayan Azərbaycan vətəndaşları övladlarını rus sektoruna qoyurlar. Valideynlər dəb xatirinə, rus dili biliyinin olması və ya aşağı balla hansısa ali təhsil müəssisəsinin rus bölməsinə qəbul olunacağı prinsipini əsas tutaraq övladlarını rus bölməsinə yönləndirirlər. Nəticə etibarilə də onlar bütün fənlərin tədrisini rus dilində aldığı zaman çətinliklə üzləşirlər. Bu da onların ümumi qiymətləndirilməsi zamanı aşağı nəticələr əldə etməsinə gətirib çıxarır.

 

Sözügedən problemlər KSQ-lər, monitorinq qiymətləndirilmələri və ya qəbul imtahanlarında müşahidə olunur. Bunu da aradan qaldırmaq üçün rus sektorundakı təhsil yalnız rus vətəndaşları üçün nəzərdə tutulmalıdır”.

 

Azərbaycan Respublikası ərzisində yaşamasına baxmayaraq rus sektorunda təhsil alan şagirdlərin Azərbaycan dili biliklərinin zəif olması da bir digər fərqdir. Üstəlik təhsil alanların çox hissəsin azərbaycanlılardır.

 

Təhsil mütəxəssisi Kamran Əsədov mövzuyla bağlı bildirib ki, rus dilində təhsil alan şagirdlərimiz Azərbaycan dilində yüksək bilik və bacarıqlara malik deyil:

 

“Biz qəbul imtahanından əvvəl şagirdlərin Azərbaycan dili üzrə verdikləri imtahanın nəticələrini təhlil etdikdə gördük ki, ümumən imtahandan yaxşı nəticələr toplasalar belə, Azərbaycan dilindən zəif nəticə göstəriblər. Bu onu deməyə əsas verir ki, bizim rusdilli məktəblərdə Azərbaycan dili fənninin tədrisinin keyfiyyəti aşağıdır. Yəni rus dilində təhsil alan şagirdlərimiz Azərbaycan dilində yüksək bilik və bacarıqlara malik deyil”.