Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 13:17:06
“Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində növbəti görüş...

Naxçıvan Dövlət Universitetində “Stipendium Hungaricum in Azerbaijan” layihəsi çərçivəsində görüş keçirilib.


AzEdu.az xəbər verir ki, görüşdə əvvəlcə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində layihənin əhəmiyyətini vurğulayıb.


Daha sonra Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə nümayəndəsi Monika Felföldi çıxış edərək “Stipendium Hungaricum” təqaüd proqramı barədə məlumat verib.


Bildirilib ki, oktyabrın 20-dək davam edəcək layihə Macarıstanın “Stipendium Hungaricum” təqaüd proqramının 10-cu ildönümünə həsr olunub. Layihə Macarıstanda təhsil almış məzunların ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən universitetlərin tələbələri ilə görüşünü təşkil etmək, təcrübə və karyera imkanlarını regionlardakı universitetlərdən olan tələbələrlə bölüşmək, həmçinin Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda təhsil barədə məlumatlandırma işini aparmaq məqsədi daşıyır.


Qeyd edək ki, layihə çərçivəsində digər görüşlərin Qazax, Gəncə və Mingəçevirdə keçirilməsi planlaşdırılıb.


HTP çərçivəsində Macarıstanda təhsil barədə ətraflı məlumatı htp.edu.az səhifəsindən əldə etmək mümkündür.