Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-14 13:40:00
AzTU-nun türkiyəli məzunu əcnəbi tələbələrə seminar keçib

Azərbaycan Texniki Universitetinin (AzTU) kompüter mühəndisliyi ixtisasının 2005-ci il məzunu, “DBMaster İnformasiya Texnologiyaları” şirkətinin yaradıcısı Talip Hakan Öztürk əcnəbi tələbələrə seminar keçib.

 

Azedu.az xəbər verir ki, “Texnologiyaya uzanan yolun hekayəsi – verilənlər bazası administratorunun karyerası” mövzusunda təşkil olunan seminarda 100-ə yaxın əcnəbi tələbə iştirak edib. Talip Hakan Öztürk tələbələrə uğur hekayəsindən danışıb, təcrübələrini bölüşüb.

 

Həmçinin onun verilənlər bazası mövzusunda türk dilində yazdığı kitablar haqqında da tələbələrə məlumat verilib.

 

Sual-cavab formatında davam edən seminarda tələbələrə verilənlər bazası administratoru (DBA) olmaq üçün yol xəritəsi təqdim olunub.