Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-14 11:40:28
UNEC-də Çin universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

“Modern China" şirkətinin direktoru Sun Dongun və şirkətin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.

 

Azedu.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

 

Görüş UNEC-in Çin Xalq Respublikasında tanınması və həmin ölkədən olan yerli, əcnəbi tələbələrin universitetə cəlb olunması məqsədilə təşkil olunub.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı şirkət nümayəndələrinə İqtisad Universitetinin beynəlxalq əlaqələrindən söz açıb. Xarici dövlətlərdə tanınmasının və əcnəbi tələbələrin sayının artırılmasının universitetin strateji hədəflərindən olduğunu bildirib.

Sonra tərəflər arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub və müqavilə imzalanıb. Müqaviləyə əsasən, “Modern China” şirkəti və UNEC əcnəbi tələbələrin universitetə cəlb olunması, Çin universitetləri ilə əlaqələrinin qurulması və tələbələrin təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq edəcək.