Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 09:59:59
AzTU-da məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr üçün “Almaniyada təqaüdlü doktrantura təhsili, tədqiqat imkanları və fürsətlər” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, sessiyada Alman Akademik Mübadilə Proqramının (DAAD) AzTU-da fəaliyyət göstərən alman dili müəllimi Claudio Kasperl Almaniyada doktorantura səviyyəsində təqaüd proqramları, habelə akademik heyət üçün tədqiqat imkanlarından danışıb.

 

Bundan başqa, müraciət üçün şərtlər, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında da ətraflı məlumat verilib. Sessiyanın sonunda iştirakçıların sualları cavablandırılıb.