Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-09 16:26:25
Emin Əmrullayev Şirvan şəhərində vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Şirvan şəhərində vətəndaşlarla görüşəcək.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, qəbulda Şirvan, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən rayonların sakinləri oktyabrın 12-si saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

 

Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.