Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-08 10:32:00
UNEC - ə qəbul olan xaricilərin sayı 51 faiz artıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi tələbələrin sayının artırılması istiqamətində fəaliyyət planı qəbul edilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, fəaliyyət planının nəticələrinə əsasən bu il UNEC-ə qəbul olan xarici tələbələrin sayı keçən illə müqayisədə 51 faiz, son 8 ilin orta göstəricisindən isə 53 faiz çoxdur. UNEC-də oxumaq istəyən 96 əcnəbiyə isə müxtəlif səbəblərdən imtina edilib. Xarici tələbələr bütün türk dövlətləri də daxil olmaqla 13 xarici ölkəni təmsil edirlər.