Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-05 17:26:20
Şagirdlər astronavtlarla görüşüb

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində oktyabrın 5-də Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) və Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) birgə təşkilatçılığı ilə astronavtlar Dumitru Dorin Prunariu və Viktor Hespanha ilə görüş keçirilib.

 

Bu barədə AzEdu.az-a Mərkəzdən məlumat verilib.

 

Görüşdə direktor Firuzə Sultan-zadə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin astronomiya dərnəkləri, Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı hər il təşkil etdiyi tədbirlər haqqında danışıb, məktəblilərin bu sahəyə böyük marağını qeyd edib.

 

Beynəlxalq Astronavtika Konqresi 2023 layihəsi və Astronavtlar Proqramı haqqında tədbir iştirakçılarına Azərbaycan Respublikasının Kosmik Agentliyinin təhsil və tanıtım üzrə meneceri İmran Muxtarov məlumat verib.

 

Daha sonra Dumitru Dorin Prinariu və Viktor Hespanha (Astronavtlar) kosmik missiya, kosmosa uçuş təcrübəsi ilə ekoklub üzvlərinə və RUGİM-in gənc astronavtlar hərəkatı öz biliklərini bölüşüblər. Sonda Dumitru Dorin Prinariu və Viktor Hespanha ilə sual-cavab sessiyasi keçirilib, ekoklub üzvləri üçün avtoqraf və fotosessiya təşkil edilib.

 

Astronavtla görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin 100-ə yaxın ekoklub üzvləri iştirak ediblər.

Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsi BMT Baş Assambleyasının qərarı ilə 2000-ci ildən başlayaraq hər il oktyabrın 4-10-da keçirilir.