Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-03 11:07:00
4 mindən çox tələbə UNEC-in kitabxanasına müraciət edib

Sentyabr ayının ilk 15 günündə UNEC Kitabxana-İnformasiya Mərkəzinin xidmətindən 4663 oxucu bəhrələnmişdir.

 

 

Bu barədə Azedu.az-a UNEC-in rektoru Ədalət Muradov məlumat verimişdir.

 

 

- 3791 nüsxə kitab, 4477 dövri nəşr verilmişdir.

 

- Elektron kitabxanadan 5751 (3500 yeni istifadəçi) istifadə etmişdir.

 

- Sosial media və kitabxana veb səhifəsi üzərindən 583 istifadəçi-izləyici sorğusu cavablandırılmışdır.

 

- 1 oriyentasiya günü, 2 kitab təqdimatı, bir virtual sərgi, 3 ənənəvi sərgi təşkil edilmişdir.

 

 

Kitabxanadan istifadə sayına görə fakültələr üzrə ilk üçlükdə aşağıdakılar yer alır:

 

  1. Rəqəmsal iqtisadiyyat – 1800

 

  1. Maliyyə və mühasibat – 1590

 

  1. Mühəndislik – 1487

 

 

Ən çox oxunan kitablar isə aşağıdakılardır:

 

  1. Çağıltay K. “Nəzəriyyədən təcrübəyə İnsan – Kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi”;

 

  1. Yumuşak N., Adak F. Programlama dillerinin prensipleri;

 

  1. William D. Callister. Malzeme bilimi ve muhendisliği.