Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-20 10:49:55
Kolleclərə qəbulun 2-ci turu nə zaman keçiriləcək ? -  DİM 

Məlum olduğu kimi, 11 illik bazada kolleclərə qəbulun 1-ci turu yekunlaşmaq üzərədir.

 

 

Müsabiqədə yenidən iştirak etmək istəyən namizədlər 11 illik təhsil bazasından kolleclərə qəbulun 2-ci turunun nə zaman olacağı barədə kütləvi suallar ünvanlayırlar.

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, birinci turda qəbul olanların qeydiyyatı başa çatandan sonra boş qalan yerlərin seçimi başlayır.

 

 

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər 25 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.