Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-07 14:23:00
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə qeydiyyat aparılır

2020-2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olanların qeydiyyatı aparılır. Abituriyentlər oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Təhsil müəssisələrində qeydiyyat onlayn qaydada həyata keçirilir.

 

Bu barədə AzEdu.a-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, abituriyentlər təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb edilən sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

 

Xatırladaq ki, DİM 2020-2021-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Müsabiqədə iştirak etmək üçün 1144 abituriyent ərizə təqdim edib. Onlardan 750 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.