Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-28 09:15:00
Buraxılış imtahanlarında edilən dəyişikliyin çox sadə izahı- Ekspertdən faydalı tövsiyələr 

 

Buraxılış imtahanlarında edilən dəyişikliyin çox sadə izahı- Abituriyentlər üçün faydalı

 

2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmun xətti üzrə bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu dəyişiklik bir çox  şagird  və müəllimlər arasında çaşqınlıq yaradıb.

 

 

Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-a açıqlamasında dəyişikliyin ötən illərdəki buraxılış imtahanlarından fərqini  sadə şəkildə izah edib.

 

"Ümumi dil biliyini yoxlayan qapalı tipli sualların sayı  12-yə endirilib.

Bu tədris ili üzrə orta təhsil səviyyəsində (9 illik)  buraxılış imtahanında  ümumi dil biliyini yoxlayan qapalı tipli sualların sayı  12-yə  endirilib. Şagirdlərə dinləmə-anlama bloku üzrə mətnə əsasən 4 qapalı tipli test tapşırığı təqdim olunacaq.  Dinləmə mətnlərində söz sayına da məhdudiyyət qoyulub. Dinləmə mətnlərində söz sayı 140-150 say arası olmalıdır".

 

Ekspert bildirib ki, təqdim olunan mətnlər orta məktəb dərsliklərində olan  mövzulara uyğundur:

 

"Təqdim olunan mətnlər orta məktəb dərsliklərində olan  mövzulara uyğundur. Oxuyub anlama bloku üzrə şagirdlərə  birinci hissədə bir neçə cümlədən ibarət üç kiçik mətn və hər mətnə əsassən bir qapalı tipli  test tapşırığı təqdim olunub.

 

İkinci hisssədə  isə əvvəlki illərdə olduğu kimi 150-170 sözdən ibarət mətn və ona əsasən 4 qapalı tipli (çoxseçimli sual) və 1 açıq tipli sual təqdim olunacaq.  İki hissədən ibarət oxu tapşırıqların təqdim olunmasının əsas məqsədi şagirdlərin  xarici dil səviyyələrini uyğun olaraq onların bilik və bacarıqlarını  qiymətləndirməkdir.

 

Yazılı cavab tələb edən suallar  şagirdləri 5 balla qiymətləndirən hekaya tipli yazı tapşırığı ilə əvəz olunur.  Blokda şagirdlərə 3 ardıcıl nömrələnmiş şəkil və onlara yönləndirəcək əsas sözlər  təqdim olunacaq. Şəkillərə  əsasən  minumum 5 cümlədən ibarət  hekayə qurmaq  tələb olunur.

 

Yazı, tapşırığı meyarları əsasında yoxlanılacaq . Birləşdirici vasitələrdə istifadə etməklə ardıcıllıq, məntiq, leksik və qramatik  qaydalara əməl etməklə yazı tapşırığını yerinə yetirmək tələb olunacaq"-deyə ekspert bildirib.

 

 

Qeyd edək ki, imtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklə

 

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları