Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-10 10:40:00
 “Təbiət-6” dərslik komplekti tədris olunacaq

Yeni tədris ilində məktəblərdə “Təbiət-6” dərslik komplektinin kütləvi tətbiqinə başlanılacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan bildirilib.

 

Qeyd olunub ki, Təhsil İnstitutunun təşkilatçılığı ilə VI siniflər üçün hazırlanan “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində sınaqdan keçirilib. Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının mütəxəssisləri, universitetlərin tanınmış alim və metodistləri, ölkənin qabaqcıl müəllimləri və Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən təhlil olunub. İctimai müzakirələrin və pilot siniflərdə keçirilən monitorinqlərin nəticələri müəlliflər tərəfindən tənqidi analiz olunaraq dərslik komplektinin təkmilləşdirilməsi həyata keçirilib. Nəticələr ictimai ekspertlər tərəfindən bəyənildiyindən Elm və Təhsil Nazirliyinin qərarı ilə “Təbiət-6” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiq üçün qəbul olunub.

 

Dərslik komplektinə dərslik, iş dəftəri və metodik vəsait daxildir. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınıb. Dərslik komplektində tədqiqat əsaslı təlimə önəm verilib.

 

Qeyd edək ki, dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, sinqapurlu mütəxəssislər də cəlb olunublar.