Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 14:17:48
 “Salam, Məktəb!” adlı kampaniyaya start verilib

Elm və Təhsil Nazirliyi (ETN) “Salam, Məktəb!” adlı kampaniyaya start verib.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, oktyabrın 1-dək davam edəcək kampaniyada müəllim, şagird, tələbə və valideynlərə xitab edilir: “Əziz müəllim, əziz şagird, əziz tələbə, əziz valideyn! Bu çağırış sizin üçündür. Sosial media hesablarınızda məktəb, müəllim və övladınıza aid foto, video, mətnləri #SalamMəktəb həştəqi ilə paylaşa bilərsiniz”.