Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 15:09:04
AzMİU-ya 2344 tələbə qəbul olunub

2023/2024-cü tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 2344 tələbə qəbul olub. Bu ilki qəbulun 48,6%-i, başqa sözlə 1141 nəfəri dövlət sifarişi, 51,4%-i, başqa sözlə 1203 nəfəri ödənişli əsaslarla qəbul olub. 

 

AzEdu.az xəbər verir ki, bu barədə AzMİU-dan məlumat verilib. 

 

Ötən tədris ili ilə müqayisədə bu il qəbul olanların sayı 169 nəfər daha çoxdur. Belə ki, ötən tədris ilində AzMİU-ya 2175 tələbə qəbul olub. 

 

İxtisaslar üzrə ən yüksək göstəricilərə gəlincə isə 2023/2024-cü tədris ilində qəbul planı üzrə universitetin memarlıq, dizayn, iqtisadiyyat, biznesin idarəedilməsi, menecment və marketinq ixtisaslarına qəbul 100% yerinə yetirilib. 

 

Qəbul planı üzrə boş yerlər qalan ixtisaslara isə sentyabrın 9-na kimi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yenidən qəbul həyata keçirilir. 

 

Qeyd edək ki, qəbul olunan abituriyentlər 5 sentyabrdan 14 sentyabradək https://portal.edu.az/ platforması üzərindən onlayn qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün abituriyentlər öncə https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.  

 

Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə linkə https://www.youtube.com/watch?v=pn-yMXbn-fE klik etməklə tanış ola bilərsiz.