Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-02 17:43:55
AzTU-da “Oxu günü”nə həsr edilən tədbir olub

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələr arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması məqsədilə “Oxu günü”nə həsr olunan tədbir keçirilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev “Oxu günü”nün təsis olunması və əhəmiyyətindən danışıb. Həbib Mirzəyev kitabın şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərinin təşəkkülündə müstəsna rolunu da diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən Humanitar fənlər kafedrasının dosenti, Əməkdar müəllim Gülşən Rzayeva mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə keçirilən belə tədbirlərin tələbələrin mənəvi zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Tədbirin bədii hissəsində AzTU tələbələrinin ifasında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əfqan Əsgərovun “Qız atası” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Tələbələr, həmçinin Xalq şairləri Məmməd Araz və Zəlimxan Yaqub yaradıcılığından şeirlər səsləndirib, mahnılar ifa ediblər.