Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 09:00:36
Bir sinifdə bütün şagirdlər universitetə qəbul olub

Biləsuvarda məktəbin bir sinfində oxuyan şagirdlər 100 faizlik nəticə göstəriblər.

 

AzEdu.az xəbər verir ki, bu barədə AZƏRTAC-a məktəbdən məlumat verilib.

 

 
 

Bildirilib ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

 

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

 

Qeyd edək ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbi Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.