Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-12 10:11:00
"Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr edib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

 

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.