Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 09:13:00
Günün havası - 44 dərəcə isti...

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

 

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyi əsəcəyi bildirilir.

 

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.