Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-10 12:32:00
Ukraynalı uşaqlar Şəkiyə səfər edib

Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana gətirilən uşaqların Şəkiyə ekskursiyası təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşağın növbəti səfər ünvanı Şəki şəhəri olub.

 

Belə ki, onlar Şəkidə yerləşən dünya, eləcə də yerli əhəmiyyətli tarixi-memarlıq abidələri ilə tanış olublar, Xan Sarayı və Karvansaraya səfər ediblər. Uşaqlar Şəki mətbəxi ilə tanış olub və Şəki halvasının hazırlanması prosesində iştirak ediblər.

 

Qeyd edək ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərilir. Onlar art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyalarına cəlb ediliblər. Düşərgə iştirakçıları psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, ustad dərslərində də iştirak edirlər.