Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 15:35:00
BDU - ya qəbul planı artırılıb

Bakı Dövlət Universitetində (BDU) 2023/2024-cü tədris ilində bakalavriatura səviyyəsinə 5660 plan yeri ayrılıb.

 

Bu barədə AzEdu.az-a BDU-dan bildirilib.

 

Onlardan 4390 yer Azərbaycan, 765 yer rus, 505 yer isə ingilis bölməsi üzrədir. Ötən il bu rəqəm 5351 yer olub.



Qeyd edək ki, BDU-nun bakalavriaturasında 16 fakültədə 75 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. 2023/2024-cü tədris ilində BDU-da bakalavritura səviyyəsi üzrə 3 yeni ixtisas (Statistika, Meliorasiya mühəndisliyi, Muzey, arxiv işi və abidələrin qorunması) açılıb.