Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-18 13:13:00
Milli Aviasiya Akademiyasına sənəd verəcək abituriyentlərin DİQQƏTİNƏ!

Milli Aviasiya Akademiyasının I qrup ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəkləri xarici dil kimi ingilis dilini seçməlidirlər.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib:

 

Qeyd edək ki, Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili ixtisaslarına 23 yaşına çatmamış abituriyentlər ərizə verə bilərlər. Abituriyentlər Milli Aviasiya Akademiyasının “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarına qəbul olduqları təqdirdə, 1-ci kursda təhsil aldıqları müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tibb-sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında peşə seçimi nəzərə alınmaqla xüsusi tibbi müayinədən və “Psixofizioloji peşə seçimi” xüsusi qabiliyyət müsabiqəsindən keçməli, Milli Aviasiya Akademiyasında isə “Fiziki hazırlıq” üzrə normativləri yerinə yetirməlidirlər.

Xüsusi tibbi müayinəni və qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçən “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarının tələbələri təhsillərini qəbul olduqları ixtisaslarda davam etdirəcəklər. Xüsusi tibbi müayinəni və yaxud qabiliyyət müsabiqələrini keçə bilməyən tələbələrə təhsillərini akademiyanın başqa ixtisaslarında davam etdirmək seçimi təklif olunacaqdır.