Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-02 14:59:45
İlahiyyat İnstitutunda yay imtahanları belə keçirilir - AÇIQLAMA

Ali təhsil müəssisələrində 2022-2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyasına start verilib.

 

AzEdu.az saytı Azərbaycan İlahiyyat İnstitutuna yay imtahan sessiyalarının necə təşkil olunduğu ilə bağlı müraciət edib.

 

 

İnstitutun mətbuat xidmətinin rəhbəri Ayşən Aslanova təhsil ocağında keçirilən yay imtahan sessiyası ilə bağlı məlumat verib:

 

“Azərbaycan İlahiyyat İnstitutunda imtahanların 1 iyun 2023-cü il tarixində başlayıb, 6 iyul 2023-cu il tarixində yekunlaşdırılması nəzərdə tutulub.Təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, iki növbədə təşkil edilən imtahanlar əyani formada – yazılı; zəruri hallar yarandıqda isə şifahi şəkildə baş tutur.

 

Apellyasiya Komissyası 5 iyun 2023-cü il tarixindən etibarən fəaliyyətə başlayacaq, son imtahan gününədək davam edəcək. Ali təhsil müəssisəsində sonuncu kurslar üçün dövlət imtahanı nəzərdə tutulmayıb, təhsilalanlar buraxılış işlərinin müdafiəsini edəcəklər. Müdafiənin 04-06 iyul 2023-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur”.