Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 09:50:37
LDU-da tələbələr istehslat təcrübəsində olublar

Lənkəran Dövlət Universiteti (LDU) ilə Qars Qafqaz Universiteti arasında olan Akademik Əməkdaşlıq Protokolu çərçivəsində Baytarlıq ixtisası V tədris ilinin 12 tələbəsi 28 fevral 2023-cü il tarixində istehsalat təcrübəsi keçmək üçün Türkiyə Respublikasının Qars Qafqaz Universitetinə gediblər.

 

AzEdu.az xəbər verir ki, tələbələrin Türkiyəyə göndərilməsi üçün tələb olunan bütün xərclər Lənkəran Dövlət Universiteti tərəfindən qarşılanıb. Tələbələr 4 ay müddətində Qarsda təcrübə keçəcəklər. Eyni zamanda qarşılıqlı əməkdaşlıq çərçivəsində Qars Qafqaz universitetinin professor-müəllim heyəti Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisası tələbələrinə mühazirə oxumaq üçün Türkiyədən dəvət olunub.