Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 09:14:43
"Abituriyent" jurnalının 4 -cü sayı nə zaman çıxacaq? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı məlumatda bildirilib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi 16-28 avqust tarixində start veriləcək.

 

İxtisas seçimində iştirak edəcək namizədlər "Abituriyent" jurnalının 4 -cü sayının nə zaman nəşr olunacağı barədə maraqlanırlar. 

 

 

DİM-dən AzEdu.az-a bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı bu həftə çapdan çıxacaq. 

 

 

Qeyd edək ki, ixtisas seçimi başa çatdıqdan sonra, 2-3 gün ərzində müsabiqənin nəticələri elan olunacaq.