Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 12:10:00
İRAD : “Müəllim geyimi ilə də nümunə olmalıdır”  

 

“Müəllim olmaq üçün bu sənətin mahiyyətini başa düşmək lazımdır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov şagirdlərdə tərbiyə və dünya görüşün formlaşmasında müəllimlərin nümunəvi davranışlarının əhəmiyyətindən danışarkən deyib.

 

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

O qeyd edib ki, müəllim şagirdə örnək olmaq üçün ilk növbədə etik davranış qaydalarını oxuyub, onlara riayət etməlidir:

 

“Müəllim mədəni davranış prinsipinə uyğun olaraq, istər geyimi, istərsə də davranışı – bütün amillərlə istənilən halda nümunədir. Müəllim şagirdinin gözü önündə yalan danışırsa, qeyri-standart geyinirsə və elə davranışlara yol verirsə, təbii ki, şagird üçün heç vaxt etalon ola bilməz.

 

Çox təəssüf ki, bu hadisə bizim ailələrdə də baş verir. Valideynlər uşağın yanında yalan danışır, qeyri-standart ifadələr işlədirlər. Təbii ki, bunu bütün valideyn və müəllimlərimizə şamil etmək olmaz.

 

Lakin cəmiyyət olaraq sanki gənc nəslin uşaqlarını yolundan döndərən, tərbiyəsini pozanların yarısı evdəkilər, geri qalanı isə məktəbdəkilərdir. Ona görə də ilk növbədə müəllim olmaq üçün bu sənətin mahiyyətini başa düşmək lazımdır”.