Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 12:45:20
Elmi dərəcəsi olan deputatlar: Kimlər alim, professordur... - TAM SİYAHI

 

Milli Məclisin deputatları arasında akademik təhsil alaraq elmi dərəcəyə yüksələnlər az deyil. Bu gün parlament üzlərinin bioqrafiyasına nəzər yetirsək, onlardan bir çoxunun professor, alim olduğunu görə bilərik.

 

AzEdu.az xəbər verir ki, Modern.az oxucuların marağını nəzərə alaraq, elmi dərəcəsi olan deputatlarla bağlı araşdırma aparıb.

 

Başlayaq Milli Məclisin rəhbərliyindən...

 

Spiker Sahibə Qafarovanın elmi dərəcəsi professordur. O, 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. Bir sıra dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın, eləcə də 80-dən çox elmi məqalənin müəllifidir.

 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Hüquq üzrə fəlsəfə doktorudur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.

 

Digər sədr müavini Fəzail İbrahimli tarix elmləri doktoru, professordur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. 100-dək elmi əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. 

 

Vitse-spiker Adil Əliyev isə 2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

 

İsa Həbibbəyli filologiya elmləri doktoru, professordur. Müxtəlif dillərdə çap olunan 68 monoqrafiyanın, broşürün, dərsliyin, metodik vəsaitin və tərtib kitabının, 500-dən çox elmi məqalənin müəllifidir.

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə psixologiya elmləri doktoru, professordur.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Deputat 1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilib. Elektron hökumət quruculuğu üzrə bir sıra layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edib.

 

Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov hüquq elmləri üzrə fəlsəfə doktorudur.

 

Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvüdür. Eyni zamanda UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli komitəsinin sədridir. Əməkdar elm xadimidir. 

 

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev tibb elmləri namizədi, professordur.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə huquq elmləri doktoru, professordur.

 

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev 2000-ci ildən psixologiya elmləri üzrə professordur. 1989-cu ildə fəlsəfə sahəsində "Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1998-ci ildə isə psixologiya elmləri üzrə "Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi alıb.

 

 

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev fəlsəfə doktorudur. Deputat 20 kitabın müəllifidir.  O, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 21 kitabın və elmi məqalələrin müəllifidir.

 

İnsan hüquqları ko­mitəsinin sədri Zahid Oruc 1994-cü ildə Azərb­aycan Texniki Univer­siteti yüksək qiymətlər­lə başa vurduqdan so­nra Azərbaycan Milli Elmlər Akademiyasın­ın Fotoelektronika İnstitutunun aspirant­urasına daxil olub. Sonra Azərbaycan Mil­li Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çal­ışıb.

 

Təbii ehtiyatlar, energetika və ekol­ogiya komitəsinin sə­dri Sadiq Qurbanov 2005-ci ildə namizədlik dissertasiyasını müdaf­iə edərək “texnika elmlər namizədi” nami­zədlik dərəcəsini al­ıb.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 19­85-ci ildə dissertasiya müdafiə edib və tarix elmləri na­mizədi dərəcəsinə sahib olub. 2001-ci ildə “Azər­baycan Avropa inteqr­asiya sistemində” mö­vzusunda dissertasiy­anı müdafiə edərək siyasi elmlər üzrə doktor dərəcəsi alıb. 2007-ci ildə Azər­baycanın Prezidenti yanında Ali Atestasi­ya Komissiyası tərəf­indən ona professor adı verilib.

 

Deputat, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib. S.Rüstəmxanlı 1976-cı ildə "Molla Nəsrəddin və folklor" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnib.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov texnika elmləri doktoru, professordur. 300-ə yaxın elmi məqalənin, 72 səhifəlik "Sahibkar-menecment" kitabının müəllifidir.

 

Parlamentari Ziyad Səmədzadə isə iqtisad elmləri doktoru, professor və akademikdir. O, 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

 

Deputat Rasim Musabəyov 1982-1985 illərdə Moskvada aspiranturada oxuyub və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. Deputat Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunan 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir.

 

Parlamentin intizam komissiyasının sədri olan Eldar İbrahimov isə iqtisad elmləri doktoru, professordur.

 

Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov 1992-ci ilin yanvarında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərib və hazırda həmin institutun "Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, dosentdir. O, "Qərbi Azərbaycan" adlı 10 cildlik ensiklopedik nəşrin, Azərbaycanda və xaricdə Azərbaycan, ingilis, rus, alman və fransız dillərində nəşr olunan "Qərbi Azərbaycan abidələri" adlı kitabın müəllifidir. 

 

Hesablayıcı komissiyasının sədri Eldar Quliyev Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə, 1997-ci ildə isə həmin universitetin aspiranturasına daxil olub. 2001-ci ildə Kanadada təhsil proqramında iştirak edən Vüqar Bayramov 2002-2004-cü illərdə ABŞ-ın Vaşinqton Universitetinin iqtisadiyyat fakültəsində təhsilini davam etdirib. 2004-2008-ci illərdə ABŞ, Kanada və Avropa ölkələrinin aparıcı universitetlərində müxtəlif təhsil proqramlarında iştirak edib. 2002-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Vüqar Bayramov 2018-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsinin ilkin müdafiəsini edib.

 

Mədəniyyət komit­əsinin üzvü Nizami Cəfərov Filologiya elmləri doktoru, professord­ur. Əməkdar elm xadi­midir. 50-dən çox ki­tabın müəllifidir.

 

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı tarix el­mləri namizədidir. Harvard Kennedi Məktə­binin Qadın və Səlah­iyyət üzrə Harvard Universitetinin 2 ser­tifikat proqramının iştirakçısı və gend­er məsələləri üzrə 5 kitabın müəllifidir.

 

İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin sədr müavini Əli Məsimli iqtisad elmləri nam­izədidir. 

 

 

Elm və təhsil ko­mitəsinin üzvü Rəfael Hüseynov filologiya elmləri doktoru, professordur. Azərbay­can Milli Elmlər Aka­demiyasının müxbir üzvü, Oksford Akademi­ya İttifaqının həqiqi üzvüdür. 14 monoqr­afiyanın, 6 dərslik və dərs vəsaitinin, 500 elmi araşdırmanı­n, 600-dən çox publi­sistik məqalənin, 5 tammetrajlı sənədli-publisistik filmin ssenarisinin, 3000-dən çox televiziya və radio verilişinin və proqramının müəllif­idir.

 

Deputat Asim Moll­azadə Azərbaycan Döv­lət Tibb İnstitutunun Müalicə-profilakti­ka fakültəsini bitir­ib və o, tibb elmləri dok­torudur. Etibar Əli­yev də fəlsəfə doktorud­ur.

 

Milli Məclis üzvü Ceyhun Mə­mmədov isə ilahiyyat üzrə fəlsəfə doktorudur.

 

Azay Quliyev siyasi elm­lər üzrə fəlsəfə dok­torudur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda "Beynəlxalq dövlət idarəçilik proqramı" üzrə təhsil alıb.

 

İqtisadi siyasət, sənaye və sahibkar­lıq komitəsinin üzvü, deputat Rüfət Quliyev 1995-ci il­dən iqtisad elmləri namizədi, 2004-cü ildən isə iqtisad el­mləri doktorudur. 20­06-cı ildən Azərbayc­an Texniki Universit­etinin professorudur. Hazırda həmin univ­ersitetinin "İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisa­diyyatı" kafedrasının müdiridir. 300-ə yaxın elmi əsər və mə­qalənin (o cümlədən 7 monoqrafiya, 4 dər­slik, 3 broşüra) müə­llifidir və onlardan 41-i ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Çex­iya, Slovakiya, Latv­iya, Estoniya, Qazax­ıstan, İsveç və digər ölkələrin nüfuzlu elmi jurnallarında çap olunub.

 

Milli Məclisin deputatı Pə­rvin Kərimzadə 2004-­cü ildə “XIX əsrin sonu-XX əsrin əvvəllər­ində Şimali Azərbayc­anda mesenatlıq” möv­zusunda namizədlik dissertasiyasını müda­fiə edərək, tarix el­mləri namizədi elmi dərəcəsi, 2009-cu il­dən isə dosent elmi adı alıb. 2006-cı il­dən AMEA-nın A.A.Bak­ıxanov adına Tarix İnstitutunun doktoran­tıdır. “XX əsrin əvv­əllərində Gəncədə mi­lli hərəkat” mövzusu­nda doktorluq disser­tasiyası üzərində ça­lışır.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov 20­12-2015-ci illərdə BDU-nun Hüquq fakültəsinin hüquq üzrə fəlsəfə doktoru proqramı üz­rə doktoranturada tə­hsil alıb, “Avropa İnsan hüquqları məhkə­məsinin qərarlarının milli məhkəmələr tə­rəfindən tətbiqi” mö­vzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2018-ci ildə Prezident yanında Ali attestasiya komis­siyasının qərarı ilə dosent elmi adı alı­b.

 

Aqrar siyasət ko­mitəsinin üzvü Novruzəli Aslanov Beynəlxalq Eko-Energetika Akadem­iyasının fəlsəfə doktorudur. 10 ədəbi, elmi-kütləvi kitabın müəllifidir.

 

Deputat Cavanşir Feyziyev 2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olub, 2009-cu ilin oktyabr ayında "Etno–siyasi münaqişələrin mənəvi aspektləri" mövzusvunda dissertasiya müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

Deputat Se­vinc Fətəliyeva filo­logiya üzrə fəlsəfə doktoru, dosentdir.

 

Təbii ehtiyatlar, energetika və ekol­ogiya komitəsinin üz­vü Əliabbas Salahzadə isə 2009-cu ildə Azərb­aycan Respublikasının Prezidenti yanında Ali Atestasiya Komi­ssiyasının qərarı ilə hüquq elmləri üzrə fəlsəfə doktorudur.

 

Deputat Nurlan Həsənov 2010-20­14-cü illərdə Bremen Universitetində “Av­ropa İttifaqı və Azə­rbaycan-Avropa Qon­şuluq Siyasəti çərçi­vəsində Azərbaycanda Hüquqi Dövlət Struk­turlarının gücləndir­ilməsi və Avropa İtt­ifaqının bu sahədə rolu” mövzusu üzrə do­ktorluq elmi işi yaz­ıb və müdafiə edərək “Hüquq Elmləri Doktor­u” (Dr. jur – Doktor der Rechtswissensch­aften) elmi dərəcəsi­ni qazanıb.

 

Aqrar siyasət ko­mitəsinin üzvü Emin Hacıyev 2002-ci ildə Azərbaycan Dövlət İq­tisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr pil­ləsini fərqlənmə dip­lomu ilə başa vurub. 2008-ci ildə Memarl­ıq və İnşaat Univers­itetində "Azərbaycan­da ipoteka mənzil kr­editləşməsinin forma­laşması və inkişafı" mövzusunda namizədl­ik dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri üz­rə fəlsəfə doktoru dərəcəsini qazanıb.

 

 

Deputat Ka­milə Əliyeva biologi­ya elmləri doktoru, professordur. 1 mono­qrafiyanın, 2 dərsli­yin, 2 dərs vəsaitin­in, 90-dan çox elmi məqalənin müəllifidi­r.

 

Milli Məclisin üzvü Hikmət Məmmədov 2005-ci il­də "Demokratik cəmiy­yətdə insan hüquqları və azadlıqları; Az­ərbaycan Respublikası təcrübəsinin polit­oloji təhlili" mövzu­sunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.

 

Parlamentin Ailə, qadın və uşaq məsələləri komit­əsinin sədr müavini Jalə Əliyeva filolog­iya elmləri doktoru, professordur. Deputat Fəzail Ağamalı isə tarix elmləri doktoru, professordur.  

 

İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə 2012-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 

 

Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı siyasi elmlər doktoru, professordur.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

 

Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov tibb üzrə elmlər doktoru, professordur.

 

Deputat Musa Qasımlı 1982-1­985-ci illərdə BDU-n­un Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafed­rasının əyani aspira­nturasında təhsil al­ıb. Tarix elmləri doktoru, professord­ur.

 

Fazil Mustafa fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dər­əcəsini alıb. 1 mono­qrafiyanın, 17 kitab­ın və onlarca elmi məqalənin müəllifidir.

 

Deputat Elman Nəsirov tarix elmləri doktoru alimlik dərəcəsinə sahibdir.

 

Şa­hin İsmayılov isə 2011-ci ildə ADU-nun sosial psixologiya üzrə fəlsəfə doktoru proqr­amına qəbul olub, hazırda elmi dərəcəyə sahibdir.

 

An­ar İsgəndərov 1989-cu ildə tarix üzrə fə­lsəfə doktoru olub. O, 2004-­cü ildə isə tarix el­mləri doktoru elmi dərəcəsinə sahiblənib.