Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 13:13:00
“Türk dünyası ölkələrində  məktəblərə “Şuşa” adı verilsin!”  

 Türkiyənin İğdır şəhərindəki Topçular məhəlləsində tikintisi başa çatmış yeni məktəbəqədər təhsil müəssisəsinə (anaokul) “Şuşa” adı verilib.

 

Belə ki, sözügedən təşəbbüsü “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş irəli sürüb.

 

Baş redaktorun bu barədə İğdır valisi Hüseyn Engin Sarıibrahimə müraciəti təqdirlə qarşılanıb və uşaq bağçasına “Şuşa” adının verilməsi barədə qərar qəbul edilib.

 

Bəs Türkiyədə yerləşən bu bağçaya “Şuşa” adının verilməsi təhsil strategiyası baxımından hansı əhəmiyyətə malikdir?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən deputat Ceyhun Məmmədov qeyd edib ki, belə bir addımın atılması ölkəmiz üçün çox önəmlidir:

 

 

“Çünki Şuşa təkcə Azərbaycan üçün yox, ümumilikdə bütün Türk dünyası üçün önəmli bir məkandır. Nəzərə almalıyıq ki, Şuşa həm də Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. İndiki halda Şuşa bütün Türk dövlətləri üçün diqqətlə qarşılanır.

 

 

Həmçinin, ölkəmiz üçün də müqəddəsdir. O baxımdan, bununla bağlı təkcə Azərbaycan deyil, Türk dünyasının ayrı-ayrı ölkələrində də belə bir təşəbbüsün irəli sürülməsi , məktəblərə və bağçalara bu cür adlar verilməsi çox önəmlidir.

 

 

Bu həm də ölkəmizin apardığı haqq işinə, Azərbaycan həqiqətlərinin təbliğinə, erməni vəhşiliyinin bütün dünyaya ifşa olunmasına öz töhfəsini birmənalı olaraq verəcək. Çalışmalıyıq ki, sözügedən prosesdə bütün Türk dünyası iştirak etsin.

 

Ümumilikdə qeyd etdiyim kimi, Türkiyədə hansına bir bağçaya “Şuşa” adı verilməsi olduqdca vacib bir addımdır. Bu bütövlükdə bizim mövqeyimizi, apardığımız haqq işi ilə bağlı müsbət təsirini göstərcək”.