Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 10:26:41
“B2 First” imtahanı keçirilib

28 iyul 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında Kembricin kompüter əsaslı “B2 First” imtahanı keçirilib.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

 

Qeyd edək ki, “B2 First” imtahanı namizədlərin daha yüksək səviyyəli imtahanlara hazırlaşması üçün bir vasitədir və onların ingilis dilli bir mühitdə özünə inamlı şəkildə ünsiyyət qurmaqları üçün lazım olan dil bacarıqlarını qiymətləndirir. Bu imtahan 4 bölmədən ibarətdir:

 

Oxu və ingilis dilinin istifadəsi (Reading and Use of English) - 1 saat 15 dəqiqə;

Yazı (Writing) – 1 saat 20 dəqiqə;

Dinləmə (Listening) - 40 dəqiqə;

Danışıq (Speaking) – 20 dəqiqə.

 

İmtahanın oxu və ingilis dilinin istifadəsi, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt (və ya 3 nəfərdən ibarət qrup) şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən aparılır.

 

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

 

Məlum olduğu kimi, doktorantura və dissertantura səviyyəsində  xarici dillər üzrə qəbul imtahanı DİM tərəfindən keçirilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2023-cü il tarixli qərarına əsasən, qəbul olunan beynəlxalq dil sertifikatlarına "Cambridge EnglishQualifications"imtahanlarının B2 First imtahanı sertifikatı da əlavə edilmişdir. 

 

Kembric kvalifikasiyaları barədə ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.