Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 17:42:42
UNEC-də Tələbə-rektorlar şurası yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə-rektorlar şurası yaradılıb.

 

AzEdu.az xəbər  verir ki, bu barədə UNEC-dən məlumat verilib. 

 

Şuranın yaradılmasının məqsədi sabiq və hazırki Tələbə-rektorların təcrübəsindən yararlanaraq, universitetin tələbə təşkilatlarının fəaliyyətinə dəstək olmaq,  mövcud vəziyyəti müzakirə etmək, müvafiq təkliflər irəli sürməklə universitetin davamlı inkişafı üçün vahid mərkəzdə çalışmaqdan ibarətdir. Eyni zamanda UNEC-in tələbə rektorlarının məzun olduqdan sonra universitetlə əlaqəsini daha da genişləndirmək və  tələbə rektorlar şəbəkəsini formalaşdırmaqdır.