Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 16:22:24
Bağça müdiri olmağın şərtləri açıqlandı - RƏSMİ

“Məktəbəqədər təhsil müəssisəsində müdir vəzifəsində çalışmaq üçün müsabiqə və müsahibə mərhələsi həyata keçiriləcək”. 

 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

 

O qeyd edib ki, başlıca tələb ali pedaqoji və ya ali məktəbəqədər təhsilin olmasıdır:

 

“Müraciətçilərin 3 ilə qədər təcrübəsinin olması şərtdir. Hazırda öz fəaliyyətini məktəbəqədər təhsil müəssisəsində davam etdirən şəxslər də iştirak edə biləcəklər. Əvvəlcə test imtahanı mərhələsi keçiriləcək və 4 istiqamət-məktəbəqədər təhsil və idarəetmə, məntiq və oxuyub anlama, məktəbəqədər təhsilin metodikası və pedaqoji biliklər üzrə yoxlayıcı suallar olacaq. 60 sual veriləcək və hər istiqamət üzrə minimum 5 bal, ümumilikdə 30 bal toplayan namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədə isə ünsiyyət və təqdimat, liderlik və s. kimi bacarıqlar yoxlanılacaq”.