Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 14:00:00
UNEC-in şəhid məzunu anılıb

23 iyul tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu şəhid Kazımlı Mürsəlin doğum günüdür. Yaşasaydı 31 yaşı olacaqdı.

 

AzEdu.az xəbər verir ki, şəhidin anım tədbirində Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, UNEC THİK sədr müavini Günay Ağazadə, fakültə THİK sədri Həsən Həşimov şəhidin ailə üzvləri ilə birlikdə Suraxanı rayonu, Günəşli qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.

 

Sonra şəhidin ailəsi ziyarət edilib. Şəhidin valideynləri övladları haqqında xatirələrini bölüşüblər. Fakültə dekanı Hafis Hacıyev Mürsəlin tələbəlik illərindən danışıb, onun savadlı, bacarıqlı, dərslərinə məsuliyyətlə yanaşan bir tələbə olduğunu bildirib.