Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 10:08:00
Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçirilir

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.

 

Namizədlər link vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.