Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-22 17:58:00
“Təhsildə yeni trendlər” mövzusunda müzakirə aparılıb

STEAM İnnovasiyalar Mərkəzində “Təhsildə yeni trendlər” mövzusunda tədbir keçirilib.


Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, müzakirə formatında keçirilən tədbirdə Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer spiker qismində çıxış edib. O, “Vətəndaş təhsili və kollektiv məsuliyyət” mövzusu ilə iştirakçıların diqqətini mənəvi dəyərlər, fərdi seçim, kollektiv məsuliyyət və davranışlarımızla cəmiyyətdə yaratdığımız sosial nəticələrə yönəldib. Maykl Foyer hər birimizin rasional qərarlar atmasının istər təhsilin, istərsə də iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.


Tədbirin sonunda spiker sualları cavablandırıb.