Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-22 14:10:00
Naxçıvanda I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Naxçıvanda I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov AzEdu.az-a bildirib ki, imtahanlar Naxçıvan şəhərindəki 5 və 14 nömrəli tam orta məktəblərdə təşkil olunub.

 

40 zalda keçirilən imtahanlara 6 imtahan rəhbəri və 48 nəzarətçi cəlb olunub. Bu gün keçirilən imtahanda 496 abituriyent iştirak edib.