Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 14:21:08
UNEC-də Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

UNEC-də “Heydər Əliyevin həyatının unikal səhifələri” mövzusunda tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib. 

 

Rektor professor Ədalət Muradov UNEC-də “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderə həsr olunan silsilə tədbirlərin davam etdirildiyini bildirib. Heydər Əliyevin həyatının unikal səhifələrinə həsr olunan bu günkü tədbirin Ulu Öndərin 33 il öncə, 1990-cu ilin 20 iyulunda Moskvadan Bakıya qayıtdığı günə təsadüf etdiyini diqqətə çatdırıb.

Rektor məşhur 91-lərdən olan professor Şahlar Əsgərovun Ulu Öndər haqqında geniş oxucu kütləsinə məlum olmayan maraqlı faktları tədbir iştirakçıları ilə bölüşəcəyini qeyd edib.

Sonra UNEC-in Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, YAP Siyasi Şurasının üzvü, professor Şahlar Əsgərov Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə təqdimatla çıxış edib. Ş.Əsgərov Ulu Öndərin Azərbaycan üçün miras qoyub getdiyi əvəzsiz töhfələrdən, xaricdə təhsil siyasəti, müstəqil dövlət qurucuğulu, YAP-ın qurulması istiqamətindəki misilsiz xidmətlərindən bəhs edib. O, Ümummilli Lideri bütün ali keyfiyyətləri özündə birləşdirən maddi və mənəvi dəyərlərin yaradıcısı kimi xarakterizə edərək, onunla bağlı xatirələrini bölüşüb, Heydər Əliyevin xalqına, dövlətinə həsr etdiyi həyatının unikal anlarını diqqətə çatdırıb.

Ulu Öndərlə bağlı professor Şahlar Əsgərovun paylaşdığı önəmli məqamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.