Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 09:24:55
“Quran”ın yandırılmasına belə cavab verildi

Quran nüsxəsinin İsveçin paytaxtı Stokholm şəhərində yandırılmasına İraqda sərt təkpi verilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar Bağdadda fəaliyyət göstərən İsveç səfirliyinə hücum ediblər.

 

Bildirilib ki, etirazçılar binanı yandırıblar. Hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

 

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.

Bu arada İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.

Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları ötən ay Stokholmda məscidin yaxınlığında Quran yandıran şəxslərdir.