Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-19 16:20:00
Xaricdə təhsil almağa göndərilən gəncləri TANIYAQ - FOTO
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” üzrə 134 namizəd təqaüd qazanıb.
 
 
Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
 
 
“Dövlət Proqramı təqaüdçüsü” adını qazanan, beynəlxalq reytinqlər üzrə ilk onluqdakı universitetlərdə təhsil alacaq tələbələrlə bağlı davamlı olaraq yazılar təqdim ediləcək. Bu dəfə isə onların bir neçəsi ilə tanış olaq.